YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb

Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və bundan sonra da öz məqsədlərimizə çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Əgər bütün bunlar gündəlik həyatda öz əksini taparsa, doğrudan da Cənubi Qafqazda sülh, əmin-amanlıq olar, müharibə riskləri xeyli dərəcədə azalar və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq, qurub yarada bilərik.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 118-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Prezidentin müşavirədə giriş və yekun nitqinin mətnləri ilə yeni kitabda tanış olmaq mümkündür.

Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin fevral-aprel aylarını əhatə edir.

Kitaba Azərbaycan Prezidenti İlham Əliyevin TASS agentliyində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşünün materialları da daxil edilib. Dövlətimizin başçısının çıxışında və suallara cavabında Azərbaycanın tarixi və bugünkü reallıqlar, multikultural dəyərlər əksini tapıb.

Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşü, iki ölkə arasında sənədlərin imzalanması haqqında informasiyalar, prezidentlərin mətbuata bəyanatlarının mətnləri, habelə dövlətimizin başçısının Türkiyəyə və Belçikaya işgüzar səfərlərinə dair materiallar da bu nəşrdə yer alıb.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyev martın 20-də Tərtər rayonuna səfər edərək, Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri, 144 şagird-yerlik tam orta məktəbdə təhsilin vəziyyəti ilə tanış olub. Dövlətimizin başçısı qəsəbədə yeni məscidin və turizm kompleksinin təməlqoyma mərasimlərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Prezident Suqovuşanda bayram tonqalının önündən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikin mətni və səfər haqqında geniş informasiyalar yeni kitabda toplanıb.