YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görülən işlər çərçivəsində ölkəmizin həyatında baş verən ictimai-siyasi proseslərdən, partiyanın qazandığı uğurlardan, gündən-günə artan nüfuzundan bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə fəaliyyət göstərən və konkret konsepsiyaya malik siyasi təşkilatdır.

Vurğulanıb ki, Ulu Öndərin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Bu baxımdan da, qədirbilən xalqımız ulu öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır: “Bu gün ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, partiyamızın sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla və qalib xalqın nümayəndələri olaraq addımlayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində bizlərə qələbə bəxş etməsi və 30 ilə yaxın işğal altında olan torpaqlarımıza geri dönməyimiz sözün əsl mənasında böyük qürur və fəxarətdir”.

Daha sonra “Mətbuat pr.37A”, “H.Cavid pr.129”, “Moskva pr.67”, “B.Vahabzadə küç.9”, “H.Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatlarının sədrləri son altı ayda görülən işlərdən danışıblar.

Sonda bir qrup ərazi partiya təşkilatlarının sədrləri partiyanın ictimai-siyasi həyatındakı fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv