YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tənzilə Narbayeva: Bakı konfransı vasitəsilə bizi narahat edən məsələlərə çarə tapmağa çalışacağıq

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının məqsədi xalqlara sülh bəxş etmək və suverenliyimizi qorunmaqdır.

Bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində parlament rəhbərlərinin iclasında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

Bakı konfransı vasitəsilə bizi narahat edən məsələlərə çarə tapmağa, mexanizmlər işləməyə çalışacağıq.

Tənzilə Narbayeva ümid etdiyini bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin genişlənməsində öz müsbət rolunu oynayacaq.

Özbəkistan Ali Məclisi Senatının sədri qeyd edib ki, hazırda dünyada gərgin hadisələr və proseslər baş verir. Bu geoiqtisadi və geosiyasi hadisələr fonunda müəyyən çağırışlar ortaya çıxır.