YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlcəzairin səfiri: Əminik ki, bu konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə, nailiyyətlərinə çatacağıq

Biz Bakı konfransında dünyada Qoşulmama Hərəkatının rolunun artması ilə bağlı yeni mexanizmləri müzakirə edəcəyik. Əminik ki, bu konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə, nailiyyətlərinə çatacağıq.

Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman söyləyib.

Əlcəzair səfiri vurğulayıb ki, Bakı konfransı Qoşulmama Hərəkatının ən mühüm tədbirlərindən biridir.

“Biz Azərbaycan hökumətinə və Milli Məclisə bu imkanı yaratdığı üçün öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, konfrans öz töhfəsini verəcək”, - deyə Abdelouahab Osman vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv