YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Ölkə Prezidentinin "Qarabağı cənnətə çevirəcəyik!" sözləri reallığa çevrilir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə “Zəfər yolu” ilə davamlı səfərləri, hər bir tarixi günü, bayramı bu torpaqlarımızda qeyd etməsi hər bir azərbaycanlının qəlbini iftixar, fərəh, qürur hissi ilə doldurur. Bunu açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Ramil Orucov qeyd edib ki, iyunun 26-da Silahlı Qüvvələr Gününü ölkə Ptezidentimizin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında qeyd etməsi də rəmzi məna daşıyırdı. Dövlət Başçımız Kəlbəcərdə yeni yaradılmış komando briqadasına bayraq təqdimetmə mərazimində xüsusi ilə vurğuladı: "Ancaq mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi".

Ramil Orucov qeyd edib ki, Cənubi Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən Azərbaycan Ordusunun yarandığı tarix gündə bir güllə belə atılmadan azad edilən Kəlbəcərdə komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin iştirak etməsi bu gün şərtləri diktə edən tərəfin Azərbaycan olduğunu bir daha göstərdi.

Qalib Azərbaycan haqqın, ədalətin bərpa edilməsinə doğru qətiyyətlə irəlilədi. Ölkə Prezidentimizin praqmatik siyasəti, müzəffər Ordumuzun igid hərbiçilərinin qəhrəmanlığı, Azərbaycan xalqının birliyi sayəsində ölkəmiz uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Haqq işində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu birdəfəlik təsdiq edildi.

Qürurverici haldır ki, dünyanı heyrətə salan böyük qələbədən keçən il yarımdan artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma, bərpa - quruculuq işləri geniş vüsət alıb. Qəlbi hər zaman doğma Azərbaycanımızla döyünən, dəfələrlə işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən dövlət Başçımızın qeyd etdiyi kimi, qələbəmizdən ötən ilyarımda işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır.

Bəli, düşmən tərəfindən çətin coğrafi məkanda möhkəmləndirilmiş istehkamları yarıb tarixi qələbə qazanan Azərbaycan bu gün erməni vandallarının dağıtdığı infrastrukturu bərpa edərkən dünyanı bir daha heyrətləndirir. Prezident cənab İlham Əliyevin müharibə başa çatan kimi söylədiyi "Qarabağı cənnətə çevirəcəyik!" sözləri bu gün reallığa çevrilir. Dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tuneli çəkilir. Uzunluğu 13,5 kilometr olan tunel Kəlbəcər və Laçın rayonlarına gediş-gəlişin təhlükəsizliyini təmin edəcək.

Ümumiyyətlə, bölgənin yol-nəqliyyat infrastrukturunun bərpası ilə yanaşı enerji obyektlərinin tikintisi də diqqət mərkəzindədir. İşğaldan azad edilən ərazilərdə günəş, külək və su-elektrik stansiyalarının öz növbəsində böyük əhəmiyyət daşıyır. İşğaldan azad olunan ərazilərdə görülən işlər barədə danışarkən Prezident cənab İlham Əliyev qeyd edib ki, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir ilyarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.

“Bəli, bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidənqurma, müasir tələblər səviyyəsində quruculuq işləri, dövlət başçımız, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdiyi “Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!” sözləri hər kəsdə böyük ruh yüksəkliyi yaradır”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.