YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Talha Mahmud: Bakı konfransı Qoşulmama Hərəkatına üzv ölkələrin daha da yaxınlaşmasına xidmət edəcək

Azərbaycan Ermənistanın işğalına son qoyaraq Qarabağı özünə qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycan xalqının və dövlətinin böyük Zəfəridir.

Pakistan hər zaman Azərbaycanı bu məsələdə dəstəkləyib. Təbii ki, Azərbaycan da bizi dəstəkləyir. Bu dəstəyə görə Azərbaycan Prezidentinə və Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.

Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Pakistan Senatının Daimi Komitəsinin sədri Məhəmməd Talha Mahmud söyləyib.

O deyib: “Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü kimi Azərbaycana gəlməkdən çox məmnunam. Bakı konfransını yüksək qiymətləndirir və bunu Azərbaycanın növbəti böyük uğuru hesab edirəm. Konfransda dünyanın bir çox ölkələrindən nüfuzlu dövlət xadimləri və nümayəndələri iştirak edirlər. Hesab edirəm ki, beynəlxalq əhəmiyyətli bu konfrans Qoşulmama Hərəkatına üzv ölkələrin daha da yaxınlaşmasına xidmət edəcək”.

Azərbaycanın səylərini yüksək qiymətləndirdiklərini diqqətə çatdıran Məhəmməd Talha Mahmud deyib: “Məhz bu səylərin nəticəsində belə yüksək səviyyəli konfransın keçirilməsi mümkün olub. Bu təşkilatçılıq iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilir və biz buna görə sizə təşəkkür edirik. Əminik ki, bu əlaqələr daha da güclənəcək biz həmişə bir yerdə olacağıq”.