YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Kamran İsgəndərlinin doğum günü qeyd olunub

Cəlilabadda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən qəhrəman oğullarından biri olan şəhid İsgəndərli Kamran Yaşar oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşkilat nümayəndələri və partiya fəalları şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidin ailə üzvlərinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.