YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında mövcud əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərdi. Belə ki, səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb.

Dünya xalqlarının hər birində kökünə, soyuna, ilkin maddi-mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar bir qədər də güclənməkdədir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qarşısında milli dövlət maraqlarına maksimum cavab verən çoxşaxəli, mürəkkəb xarici siyasət doktrinası formalaşdırmaq vəzifəsi meydana çıxdı. Xüsusən, tarixi bağlılığımız olan türk dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrimiz daha da genişləndi. Bu dövlətlərdən biri də Özbəkistandır. Мəlum olduğu kimi Özbək və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixi kökləri vardır. Bütün dövrlərdə hər iki xalq dost olmuş, bir-birinə arxa durmuşdur.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qərb dövlətləri ilə yanaşı, region dövlətləri ilə də əlaqələr qurma arzusunda olan Azərbaycan Respublikası üçün Avrasiyanın mərkəzində yerləşən və təbii sərvətlərlə zəngin olan Mərkəzi Asiyadaki türkdilli dövlətlərlə münasibətlərin qurulması mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, hər İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilə təsadüf edir. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.

Bu gün də iki dövlət arasında əməkdaşlıq münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Ölkə rəhbəri cənab İlham Əliyevin 2004-cü il martın 23-24-də səfəri çərçivəsində “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə hər iki ölkə tərəfindən keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə dəstək ifadə olunmuşdu. Son səfəri zamanı da strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin imzalanması çox qlobal xarakter daşıyır. İki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan strateji əməkdaşlığın inkişa etdirilməsi də çox mühümdür. Bu zərurət istər Azərbaycan, istərsə də Özbəkistanın yerləşdiyi regionların təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmlənməsindən irəli gəlir. Məhz 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən dövlətlərdən biri də Özbəkistan idi. Gələcəkdə regionda yarancaq təhlükələrə qarşı istər Şuşa Bəyannaməsi, istərsə də Özbəkistan ilə siyasi Bəyannamənin imzalanması mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin də çxışlarında qeyd etdiyi kimi biz sülhsevər xalqıq, amma bu o demək deyil ki, bizə qarşı olan haqsızlıqlara, ədalətsizliklərə göz yumacağıq. Ökəmizə qarşı qərəzli mövqe tutan dövlətlər Ermənistanın üzləşdiyi aqibətdən bir nəticə çıxarmalıdırlar.

Sonda bir daha qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv siyasət Azərbaycan-Özbəkistan münasibətlərinin xüsusəndə, mədəni-humanitar sahədə olan əlaqələrin prespektivliyinə və gələcəyinə böyük ümid verir.