YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elşad Quluzadənin doğum günü qeyd edilib

Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhid Quluzadə Qurbanəli Elşad oğlunun məzarı önündə doğum günü qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər RİH başçısı Elşən Salahov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən danışıblar. Həmçinin şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.