YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qala” Qoruğunda Silahlı Qüvvələr Günü qeyd olunub

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışıb, qəhrəman şəhid və qazilərin döyüş yolundan bəhs ediblər. Bildiriblər ki, xalqımızın qazandığı böyük Zəfər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təsir göstərir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, müharibə iştirakçıları, şəhid ailələri və ağsaqqallar iştirak ediblər.