YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Region gənclərinin narkomaniya ilə mübarizə forumu həyata keçirilib

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş Region gənclərinin narkomaniya ilə mübarizə forumu həyata keçirilib.

Forumda narkomaniyanın fəsadları, eləcə də narkomaniya ilə mübarizə istiqamətində səhiyyə, təhsil, hüquq-mühafizə orqanlarının və gənclər sektorunun rolu barədə məruzələr təqdim olunub.

Milli Məclisin deputatı Rəşad Mahmudov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən söhbət açıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv