YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda “Şəhid Elməddin bulağı” Xatirə Kompleksinin açılışı olub

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Elməddin Sərdar oğlu Həsrətovun anım mərasimi və xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş “Şəhid Elməddin bulağı” Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

Xatirə Kompleksinin açılış mərasimindən öncə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının nümayəndələri, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri və qazilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Qarasuçu kəndində şəhid Elməddin Sərdar oğlu Həsrətovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş “Şəhid Elməddin bulağı” Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

Sonda şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.