YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ATƏT-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ATƏT-in Bakı Layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə tanışlıq görüşü olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin dinamik iqtisadi inkişafının daim güclənən sosial siyasətlə müşahidə olunduğunu qeyd edib, Prezident cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara daim artan diqqət və qayğısını vurğulayıb. S.Müslümov ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhaliyə şəffaf və əlçatan, müasir tələblərə uyğun sosial təminat sisteminin qurulması sahəsində aparılan islahatlar barədə məlumat verib. Bu islahatların ilk növbədə sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşmasına yönəldiyini bildirən nazir göstərilən sosial xidmətlər, bu sahədə mütərəqqi dünya təcrübəsinin tətbiqi, habelə sosial xidmət müəssisələrində yaşayan şəxslərin hərtərəfli təminatı üçün görülən işlərdən, ƏƏSMN-nin sosial xidmətlər sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə səmərəli fəaliyyətinin təşkil olunmasından bəhs edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planından söz açan S.Müslümov bildirib ki, sənəddə sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması üçün də çoxşaxəli tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi işlərində də ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.

A.Şahtaxtinski Azərbaycanda insan alveri qurbanlarının, insan alverinin qurbanı olmaq riskinə məruz qalanların sosial müdafiə tədbirləri ilə əhatə olunması, onların reabilitasiyası yönündə aparılan işləri yüksək qiymətləndirib. A.Şahtaxtinski bu sahədə ƏƏSMN ilə ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin vacibliyini və bu məqsədlə onun tərəfindən lazımi səylər göstəriləcəyini vurğulayıb. Görüşdə qeyd olunan sahədə gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv