YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl Alper Coşqun: Qondarma "soyqırım"ı tanıtdırmaq üçün bu qədər səylərin əsl məqsədini bilmək lazımdır

Qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı ortaya çıxan sual odur ki, nə üçün Osmanlı imperiyasında baş verən hadisələrdən 100 il sonra “soyqırım” haqqında danışılır və niyə onun tanınması üçün bu qədər səy göstərilir?

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “This week in focus” verilişi zamanı bildirib.

O qeyd edib ki, bu məsələnin qabardılmasında iştirak edənlər, məsələn, Avropa Parlamenti, Roma papası, bəzi ölkələrin parlamentləri bu suala cavab verməlidir.

“Əgər bunda yer almaq istəyirsinizsə, deyin, nə etməyə çalışırsınız? Türkiyəni cəzalandırmaq istəyirsiniz? Hətta belədirsə, tarixi məsələlərin həlli üçün parlamentlər doğru yerdirmi? Məhkəmə xarakterli qərarlar çıxarmaq üçün parlament uyğundurmu?”, – deyə İ.A.Coşqun bildirib.

Onun sözlərinə görə, ermənilər bu məsələ ilə spekulyasiya edir. Səfir qeyd edib ki, Ermənistanın bu ilin əvvəlində təqdim edilən strategiyası məhz onu deyir ki, bu ölkə öz sərhədlərini dəyişdirmək, genişləndirmək niyyətindədir: "Xüsusilə də, Ermənistan prezidenti gənclər qarşısındakı çıxışında demişdi ki, “onlar Qarabağı qaytarıblar, yeni nəslin vəzifəsi isə Anadoludakı torpaqları geri almaqdır”.