YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi açılıb

Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə - aprelin 22-də Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin açılışı olub. 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb.

Açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib. B.Dündar bu günün iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diaspor rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib.
Sonda İzmit Bələdiyyəsinin sədri N.Doğana Azərbaycan diasporuna göstərdiyi diqqətə və dəstəyə görə plaket təqdim olunub.