YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı bu müddət ərzində ciddi sınaqlarla qarşılaşıb. Bütün bu çətinliklərə baxmayaraq, xalqımız özünəxas iradə ilə inkişaf edib, yüksəlib, dünya xalqları arasında layiqli yerini tutub.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan dövlətini, demək olar ki, eyni aqibət gözləyirdi.  Xalq Cümhuriyyətində olduğu kimi müstəqilliyinin inkinci ilində artıq ölkə müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə bir məqamda, sözün əsl mənasında, xalqın xilaskar oğlu ümummilli lider Heydər Əliyev meydana çıxdı. Uzun illər azadlıq həsrəti ilə yaşayan xalqı yenidən bu həsrətə düçar olmaqdan xilas etdi.

1991-1993-cü illərdə ölkədə baş verən daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması o vaxtkı hakimiyyətin səriştəsizliyinin və xəyanətkarlığının nəticəsi idi. Məhz Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Xüsusən ordu quruculuğu ümümmilli lider üçün xüsusi əhəmiyyət kəsb edirdi. O, dəfələrlə hərbi hissələrə səfər edir, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış olur, əsgər və zabitlərin qayğıları ilə maraqlanırdı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı. Azərbaycanın NATO ilə əməkdaşlığı da məhz 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub. Bu gündə Azərbaycanla NATO arasında da ikitərəfli əlaqələr mövcuddur və bu il Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü olacaq.

Müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub.

Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və 44 günlük Vətən müharibəsində bunu bir daha bütün dünyaya sübut etdi. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, ancaq düşmən ordusu geri getməyə məcbur oldu. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur.

Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə dövründə də ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirir.