YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni terrorizmindən bəhs edən daha bir kitabın təqdimatı olub

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində tanınmış rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun yeni çapdan çıxmış “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən Oleq Kuznetsov təhlil və araşdırmaları haqqında məlumat verib. O bildirib ki, Qarabağ müharibəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı terror müharibəsidir. Dağlıq Qarabağa gəlmiş döyüşçülər muzdlu hərbçilər, terrorçular olub. Onlar azərbaycanlı qadınları, uşaqları, qocaları pul müqabilində qətlə yetiriblər. Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan altı minə yaxın xarici muzdlu hərbçi cəlb edilib.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov getdikcə daha çox qloballaşan erməni terrorunun artıq dünyada təkcə tarixçilərin, siyasətçilərin, hüquqşünasların deyil, digər sahədən olan insanların da diqqətini cəlb etdiyini bildirib. O deyib ki, tarixən Azərbaycana məxsus olan torpaqları işğal etməyə çalışan Ermənistan bunun üçün terror aktları törətməkdən çəkinməyib.
Dünyada ikili standartların hökm sürdüyünü deyən Ziyafət Əsgərov təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmir. Beynəlxalq qurumlar və Avropa dövlətləri Ukrayna hadisələri ilə bağlı dərhal hərəkətə keçsələr də, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə bu addımı atmırlar. İyirmi ildən artıqdır ki, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır, BMT-nin həmin ərazilərin işğaldan azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirilməyib. Ermənilərin bu biganəliyinə, indiyə qədər terror aktları törətmələrinə səbəb onların cinayətlərinə görə cəzalandırılmamasıdır.
Baş prokurorun birinci müavini Rüstəm Usubov təqdim olunan kitabın bu qədər terror aktı törətmiş ermənilərin cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini qeyd edib. O deyib ki, kitabda da qeyd edildiyi kimi, erməni terrorizmi yarandığı gündən transmilli xarakter alıb. Prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında terror aktları milli təhlükəsizliyə təhdid kimin qəbul edilib.
Ermənilərin Azərbaycanda törətdiyi cinayətlərin araşdırılmasında şəxsən iştirak etdiyini deyən R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üz-üzə qalıb. Ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının miqyası çox genişdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktları törədib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı sakinlərinin amansızlıqla qətlə yetirilməsi ilə kulminasiya nöqtəsinə çatıb.
Diqqətə çatdırılıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı fəal şəkildə davam etdirilir.
 

DİGƏR Xəbərlər Arxiv