YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbin növbəti məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nəzdində yaradılan “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbin növbəti məşğələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib. M.Nağıyev ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə iki müxtəlif sosial-iqtisadi baxışın vəhdətindən yanaşmağın zəruriliyini qeyd edib. M.Nağıyev əminliyini ifadə edib ki, “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbin müdavimlərinin şahid olmadığı, lakin müvafiq ədəbiyyat nümunələrindən öyrənə biləcəyi tarixi faktlar çoxdur. O, bu gün beynəlxalq müstəvidə nüfuzu ilə seçilən, regionun lideri olan Azərbaycan Respublikasının iqtisadi və siyasi sahələrdə söz sahibinə çevrilməsini ümummilli lider Heydər Əliyev siyasətinin, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərinin təntənəsi adlandırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndərin dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv