Partiya xəbərləri
YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Tamilla Hacıyeva hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məlumat verib.
T. Hacıyeva qeyd edib ki, təşkilatın fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və keçirilməsi, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərinin hazırlanması və uğurla başa çatdırılması, partiyanın proqram prinsiplərinin izahı və təbliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, partiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi olmuşdur.
Hesabat məruzəsi ilə əlaqədar YAP İH-nin üzvü Kərim Kərimov, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP İcra katibliyinin məsul işçisi Emil Abasov çıxış ediblər. Çıxışlarda YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaq iştirakçıları yekdilliklə YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək ilk təşkilatın fəaliyyətini müsbət dəyərləndirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvlərinin fəal rol oynadığını deyən S.Novruzov qeyd edib ki, YAP üzvləri bütövlükdə ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. İyun ayında Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini deyən YAP İcra katibinin müavini bu hadisənin ölkəmizin beynəlxlq müstəvidə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcəyini bildirib. «Doğrudur, bu məsələdən qıcıqlanan, ümumilikdə Azərbaycanın inkişafına qısqanclıqla yanaşan müəyyən xarici və daxili qüvvələr ölkəmizin nüfuzuna zərbə vurğmağa çalışırlar. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan bir daha özünü demokratik, dinamik inkişaf edən bir ölkə kimi dünyaya təqdim edəcək. Hesab edirəm ki, bu istiqamətdə partiyamızın fəalları bu kimi uğurlarımızın təbliğatında daha da fəal iştirak etməlidirlər»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP İcra katibliyinin sənədlərlə iş və statistika bölməsinin müdiri Afət Hüseynova YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının sədri, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə sədr müavini seçilib. Eyni zamanda ilk təşkilatın 13 nəfərdən ibarət İdarə Heyəti, YAP Səbail rayon təşkilatının 10-cu konfransına 25 nəfər nümayəndə seçilib.