YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib.

Fləşmobda Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

DİGƏR Partiya xəbərləri Arxiv