YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının “Heydər Əliyev prospekti 99” ünvanı üzrə ərazi partiya təşkilatı yaradılıb.

Bu münasibətlə keçirilən təsis yığıncağı ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiyanın 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rol oynayır.

Digər çıxış edənlər də partiyanın xalq və dövlət qarşısında xidmətlərindən danışıblar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ariz Mehdiyev ərazi partiya təşkilatının sədri, Orxan Məmmədov isə sədr müavini seçiliblər.