YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Barak Obama ənənəvi nitqində bu dəfə də “soyqırımı” ifadəsini işlətməyəcək

Ağ Evin nümayəndələri erməni icmasının və lobbiçi təşkilatların təkidlə bütün dünyaya soyqırımı kimi təqdim etməyə çalışdıqları 1915-ci ilin hadisələri barədə ABŞ Prezidenti Barak Obamanın gözlənilən nitqi ilə bağlı onun qərarını açıqlayıblar. ABŞ KİV-lərinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar Prezidenti əvvəlki illərdə olduğu kimi, bu il də öz ənənəvi nitqində “soyqırımı” ifadəsindən istifadə etməyəcək. Ağ Evin bu qərarı daxili diskussiyaların, Dövlət Departamenti və Pentaqon ilə məsləhətləşmələrin nəticəsində qəbul edilib.
Erməni təşkilatlarının rəhbərləri qərar barədə aprelin 21-də məlumatlandırılıb. ABŞ Prezidentinin nitqi, eləcə də hər il “soyqırımı” ilə bağlı təqdim edilən, lakin ABŞ Konqresi tərəfindən qəbul olunmayan qətnamələr erməni lobbisi üçün ən çox gözlənilən hadisələrdir. Erməni diasporu və lobbiçilər ABŞ qanunvericilərini və administrasiya üzvlərini “soyqırımı” sözünü işlətməyə və ermənilərin 1915-ci ildə “soyqırımına” məruz qaldıqlarını təsdiqləyən hər hansı qanunvericilik sənədi qəbul etməyə inandırmaq üçün sonsuz cəhdlər göstərirlər. Dünya ermənilərinin böyük hissəsi kimi, erməni lobbisi də beynəlxalq tarixçilər qrupu ilə birlikdə Osmanlı İmperiyasının arxiv sənədləri ilə işləməkdən və 1915-ci il hadisələrinə bunun əsasında tarixi qiymət verməkdən imtina edir.

 

DİGƏR Xəbərlər Arxiv