YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda keçiriləcək mədəniyyət festivalında Azərbaycan da təmsil olunacaq

Niderlandda yaşayan xalqların böyük Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi mayın 14-dən 17-dək Utrext şəhərində keçiriləcək festivala hazırlıq işlərinə başlayıb. Birliyin sədri Mayisə Ağamirzəyeva deyib ki, bu il üçüncü dəfədir təşkil ediləcək festivalın və “İmkan Vəqfi”nin rəhbəri Zəkəriyə Arslanla görüşündə Azərbaycan tərəfindən təqdim olunacaq proqram müzakirə edilib.
Festivalda Birliyin ölkəmizlə bağlı hazırladığı böyük lövhə qurulacaq. Lövhədə Azərbaycanın dövlət atributlarını, mədəniyyətini və tarixini əks etdirən eksponatlar və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqcalar nümayiş etdiriləcək.
Bundan başqa, festivalda Bakının Nizami rayonunun Uşaq və Gənclər Yaradıcılıq Birliyinin “Azərbaycan inciləri” uşaq rəqs qrupu, Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının rəhbəri, müğənni-bəstəkar Firəngiz Bağırova Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edəcəklər. Tədbirdə Niderlandda yaşayan rəssamlar Rasim Hüseynov və Vəfa Hüseynovanın rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək.