YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mart ayında Gürcüstana 21,5 min ton neft məhsulları satıb

Cari ilin mart ayında Gürcüstan Azərbaycandan 21,5 min ton neft məhsulları alıb. Bu da Gürcüstanın bütün idxalatının 27,7 faizini təşkil edib.
Gürcüstanın Neft Məhsulları İxracatçıları İttifaqının məlumatına görə, bu göstərici ilə Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ölkələr sırasında ikincidir.
Məlumatda deyilir ki, Gürcüstana neft məhsulları ixrac edən ölkələr sırasında Rumıniya (29,1 min ton) birinci, Bolqarıstan (10,5 min ton) üçüncü yerdədir.
Ümumiyyətlə Gürcüstan cari ilin mart ayında 77,8 min ton neft məhsulları idxal edib. Bu da cari ilin fevral ayı ilə müqayisədə 21,4 min ton çoxdur.