YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyaya yeni qəbul olan bir qrup gənc üzvlərə partiya biletlərini təqdim edib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının qərargahında partiyaya yeni qəbul olan bir qrup gənc üzvlərə partiya biletləri təqdim olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni üzvləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İlqar İlyasov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. YAP Laçın rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının proqram və  nizamnaməsinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsində gənclərin rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib.