YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Biləsuvar rayonunda Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilat nümayəndələri, Əliabad kənd ərazi partiya təşkilatının sədri Telman Əliyev Vətənimizin müdafiəsi uğrunda öz canından keçən Mübariz İbrahimovun anım mərasimində iştirak ediblər. 

Anım tədbirində YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Mübariz İbrahimovun şərəfli ömür yolundan, torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb.

Şəhidin atası Ağakərim İbrahimov onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılığını ifadə edib. O, 44 günlük Vətən müharibəsi nəticəsində oğlunun və bütün şəhidlərin qisasının alındığını deyərək, böyük Zəfərin güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti və Prezident, Ali Baş Komandan İlham Əliyevlə xalqımızın birliyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Həmçinin bildirilib ki, Mübarizin ata ocağı illərdir müqəddəs ziyarətgaha çevrilib, insanlar Milli Qəhrəmanın ev-muzeyini dərin ehtiramla ziyarət edirlər.