YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüsal İbişovun doğum günündə xatirəsi anılıb

Ağsu rayonunun Gəgəli kəndində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən oğullarından biri İbişov Vüsal Əli oğlunun doğum günü qeyd edilib.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının və Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, partiya fəalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Vüsal ilə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Kamran Quluzadə və Elmir Süleymanlının da məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Vüsal İbişovun ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.  

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüsal İbişov oktyabrın 16-da Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.