YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin mesajları dünyanın aparıcı beyin mərkəzləri və siyasi institutları tərəfindən diqqətə alınacaq

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri 

“Qlobal Bakı Forumunun beynəlxalq gündəmdə əhəmiyyəti artıqca özündə geosiyasi məsələləri, sülh çağırışlarını, beynəlxalq hüquqa hörmət və s. faktorları ehtiva edən möhtəşəm tədbir eyni zamanda, ənənəvi xarakter almaqdadır. Söz yox ki, belə bir nüfuzlu beynəlxalq Forumun Bakıda keçirilməsinin daha bir vacib məqamı Azərbaycanın regional siyasi mərkəz rolundakı əhəmiyyətini nümayiş etdirməkdədir. Ən mühüm fakt budur ki, bütün bu kimi dəyərlərin dünya birliyinə çatdırılmasında siyasi iradə, həmçinin xarizmatik liderlik amili dayanır. Prezident cənab İlham Əlyevin Forumda irəli sürdüyü bəyanatları və çağırışları da məhz bu amillərə söykənməkdədir”

Forumda çıxış edən dövlətimizin başçısı iştirakçıların diqqətlərini bir neçə istiqamətə doğru yönəldib və xüsusilə, Azərbaycanın ərazilərinin düşmən işğalından azad edilməsi uğrunda - 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərinin məqsəd və məramlarını geniş kontekstdə şərh edib: “Əbəs deyil ki, cənab Prezident sülhün möhkəmləndirilməsi üçün inkişafın vacibliyini xüsusilə vurğulayıb və paralel olaraq ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını qeyd edib. Məhz bu baxımdan daha bir məntiqi gerçəkliyə diqqət yetirmək olar ki, dövətimizin başçısı Qarabağ münaqişəsinin həllini regionda təhlükəsizlik və sülh üçün bir fürsət olduğunu deyib”.

YAP Füzuli rayon təşkilatının sədri əlavə edib ki, dövlətimizin, xalqımızın bir vəhdət olaraq birləşib düşmənə sarsıdıcı zərbə endirməsi 30 illik həsrətin nəticəsi idi. “Prezident İlham Əliyev cənabları bu xüsusda xarici qonaqların diqqətinə çatdırdı ki, Azərbaycaın mübarizəsi haqq və ədalət mübarizəsi idi və eyni zamanda, müharibənin baş verməsi labüdlük yaratmışdı”, deyə qeyd edən Almaz Həşimovanın sözlərinə görə, xalqımızın öz dədə-baba torpaqlarına qayıtmaq eşqi və mübarizə əzmi də göstərdi ki, bu əzmin qarşısında heç bir qərəz, heç bir güc və qüvvə dayana bilməzdi: “Xüsusi ilə demək istərdim ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi - xalqımız milli ləyaqətinin bərqərar olunması üçün düşmənə ağır zərbəsini endrimiş oldu. Təbii ki, beynəlxalq hüquq da bunu kifayət qədər isbatlayan amillərdəndir, çünki Azərbaycanın ətrazi bütövlüyü dünya dövlətləri tərəfindən tanınır və işğal faktını pisləyən qətnamələr də burada öz sözünü deyirdi. Ən vacib məsələlərdən biri də Azərbaycanın Ermənistanı sülhə məcbur etməsi faktdır. Azərbaycan öz qüdrətli Ordusu və vahid xalq gücü ilə sülh naminə inkişaf faktorunu önə sürdü, regionda dəyişikliklərə nail oldu”.

“Prezident İlham Əliyev özəlliklə qeyd etdi ki, biz, yəni Azərbaycan dövləti və xalqı Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyir və bu, nadir fürsətdir. Dövlətimzin başçısı “Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”, bəyanatını səsləndirməklə dünyaya, beynəlxalq aləmə önəmli mesajlarını vermiş oldu. Bu mesajların hər biri hesab edirəm ki, dünyanın aparıcı beyin mərkəzləri və siyasi institutları tərəfindən diqqətə alınacaq, nəinki Cənubi Qafqazda, bütövlükdə dünyada yeni sülh və inkişaf, tərəqqi imkanlarının yaradılmasına öz töhfələrini verəcək”.