YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Bakı Forumu Ermənistanla sülh sazişinin əldə olunmasında əhəmiyyətli rol oynayacaq

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycanda müxtəlif formatlarda beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəvi hala çevrilmişdir. Növbəti belə tədbirlərdən biri olan 16 iyun 2022-ci il tarixdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilmiş IX Qlobal Bakı Forumudur. Bu Forumda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, təhlükəsizlik məsələləri Beynəlxalq arenada bu gün əsas məsələlərdən birinə çevrilib. Bu səbəbdən də Beynəlxalq Bakı Formu bunun üçün mükəmməl bir platformadır.

Cənab Prezident bildirdi ki, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistan isə beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir.

Minsk qrupunun fəaliyyətinə gəldikdə isə ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etmədi. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib.

Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.

Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Kommunikasiyaların açılması təmin edilməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli   Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.

Bir sözlə regional sülhün fundamental elementlərindəndən biri Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli məsələsidir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Cənab Prezident onu da diqqətə çatdırdı ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər.

Qlobal Bakı Forumunun bu dəfəki müzakirələrinin “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunması təsadüfi deyil. Dünyanın nüfuzlu siyasətçiləri məhz Bakıda təşkil olunan beynəlxalq platformada sülh və təhlükəsizliyin təmin edilməsi, münaqişələrin həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsi aparmaqla bu prosesə töhfə verməyə çalışır. Forumda qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparılır.Təbii ki, Azərbaycan bu platformaya ev sahibliyi etməklə yanaşı həm də qlobal sülhə töhfə verən güc kimi öz mövqeyini nümayiş etdirir. Xüsusilə Qarabağ probleminin həllindən sonra yaranmış sülh imkanlarının dəyərləndirilməsi istiqamətində konkret addımlar atılmaqdadır. Bakı bu istiqamətdə Ermənistandan da praktik addımlar gözləyir. Biz 30 illik işğalın nəticələrinə baxmayaraq, yenə sülhü seçirik. Çünki sülh bütövlükdə bizim regionumuza lazımdır. Forumun açılışında Prezident İlham Əliyevin də söylədiyi kimi, “Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.”

Bütövlükdə götürdükdə dünyada təhlükəsizliyin və sülhün təmin olunması, kommunikasiyaların inkişaf etdirilməsilə bağlı Bakı Forumunda səslənən çağırış və mesajlar perspektivdə vacib qərarların qəbul edilməsinə əlverişli imkan yaradacaq. Bu mənada bu platformada aparılan müzakirələri daha təhlükəsiz dünya naminə atılan addım kimi dəyərləndirmək olar.