YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan filmləri beynəlxalq turizm filmləri festivalında nümayiş olunacaq

Azərbaycan “Tourfilm - Riqa 2015” 8-ci beynəlxalq turizm filmləri festivalında iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, aprelin 25-26-da keçiriləcək festivalda rejissor Tofiq Şahverdiyevin “Lahıc” filmi “Mədəni turizm” və “Ekoturizm” nominasiyalarında, rejissor Adil Azayın “Vulkanın nəfəsi” filmi isə “Ekoturizm” nominasiyasında yarışacaq. Hər iki film dövlət sifarişi ilə “Azanfilm” studiyasında ekranlaşdırılıb.
Həmçinin festivalın “Reklam filmləri” nominasiyasında “Rixos Quba” reklam çarxı nümayiş etdiriləcək.
Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb.