YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Qasımov: Azərbaycan Prezidenti Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov məlumat verib.
Azər Qasımov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari il mayın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”.