YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və stabilliyin təmin edilməsidir

Qarşımızda çoxlu çağırışlar var. Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və stabilliyin təmin edilməsidir. Albaniya İttifaqın Qərbi Balkana kimi genişlənməsinin tərəfdarıdır. Berlin prosesi Qərbi Balkanlarda yoxdur. Biz düşünürük ki, bu maliyyə çarxları vasitəsilə edilməlidir.

Bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi” mövzusunda panel iclasda çıxış edən Albaniya Prezidenti İlir Meta söyləyib.

Avropa İttifaqının daha da genişlənə biləcəyini deyən İlir Meta qeyd edib ki, Avropa İttifaqının resursları məhduddur.

İttifaqın özünəməxsus hərbi qüvvələri olduğunu diqqətə çatdıran Albaniya Prezidenti deyib ki, NATO da Bosniya və Herseqovina ilə Kosova arasında səmərəli dialoqun aparılmasına təşəbbüs göstərməlidir.