YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan xalqlarının qardaşlıqının, qarşılıqlı hörmət və istəyin nəticəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır.  İşğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Bu tarixi sənəd respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilib və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bünün özü də böyük uğurlarımızın həm nəticəsi, həm də davamıdır. Artıq hər keçən gün sevimli xalqımız Azərbaycanın, onun qalib sərkərdəsi cənab Prezidentin uğurlarını sevə-sevə izləyir və buna şahid olur. 

Türkiyə-Azərbaycan bir millət iki dövlət olaraq bütün dünyaya qardaşlığın necə olduğunu göstərir, qardaşlığımız əbədidir və sarsılmazdır.