YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb

YAP Laçın rayon təşkilatının Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsi 94 ünvanda 39 saylı Ərazi Partiya Təşkilatı yaradıldı.

 Yığıncaqda yeni yaradılan ərazi partiya təşkilatının qarşısında duran vəzifələr müzakirə olundu, təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavini seçildi.

Tədbirdə iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. İ.İlyasov VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və tövsiyyələr haqqda partiya fəallarına məlumat verib.

 Sonra qonaqlar Laçın 32 nömrəli tam orta məktəbin foyesində tərtib olunmuş stent- lövhələr, fərqli guşələr və sinif otaqları ilə tanış olublar.