YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xırdalanda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

Abşeron rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərində adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsi gün ərzində rayon sakinləri tərəfindən ziyarət olunub.

Eyni zamanda, Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalanda Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.