YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa bəyənnaməsi Azərbaycan və Türkiyə arasında mütəfiqliyin zirvəsidir

David İbrahimxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Bundan əlavə Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Hər zaman türk xalqları sülhsevər oluduqları üçün Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Buna görə də Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.

Qeyd edək ki, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Həmçinin müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Çox sevindirici haldır ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Siyasi, iqtisadi, ideoloji, humanitar, hərbi, mənəvi və digər sahələrdə əməkdaşlığımızı Şuşa bəyənnaməsinin Qars müqaviləsinin yüz illiyində, Milli Qurtuluş Günü Şuşa şəhərində bağlanması tarixi həqiqətlərdən doğan gerçəklikdən xəbər verir. Əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün bölgədə sülh və təhlükəsizliyə xidmət etməklə yanaş, regionun iqtisadi inkişafı üçün, ilk növbədə, yeni perspektivlər açır.

DİGƏR Xəbərlər Arxiv