YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmet Çetin: Azərbaycanla Türkiyənin qardaş və müttəfiq kimi Cənubi Qafqazda sabitliyə töhfə verməsini yüksək qiymətləndirirəm

Azərbaycanla Türkiyənin qardaş və müttəfiq kimi Cənubi Qafqazda sabitliyə töhfə verməsini yüksək qiymətləndirirəm.

Bu sözləri IX Qlobal Bakı Forumunun iştirakçısı, Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin söyləyib.

O, qeyd edib ki, Azərbaycan 30 il haqlı olaraq Qarabağ probleminin sülh yolu ilə həll olmasını istəyirdi. Lakin ötən müddət ərzində Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını görən Azərbaycan bu problemi özü müharibə yolu ilə həll etdi və savaşdan qalib ayrıldı: “Amma təəssüf ki, bölgədə davamlı sülh hələ ki, təmin olunmayıb. Azərbaycan və Türkiyə Ermənistanla əlaqələrin normallaşması üçün bir sıra əməli təkliflər ediblər. Ancaq Ermənistan hələ də bu təkliflərlə bağlı praktiki addımlar atmayıb. Məsələn, Zəngəzur dəhlizi hələ də açılmayıb. İndi Ermənistan Zəngəzur dəhlizi barədə daha dərindən düşünməli, önəmli bir addım atmalıdır. Bu sülhün əbədi olması üçün regional əməkdaşlığa ehtiyac var”.

Hikmet Çetin Azərbaycan, Gürcüstan və Ermənistan arasında həm iqtisadi, həm sosial, həm də mədəni sahədə əməkdaşlığın bu ölkələr üçün faydalı olacağını bildirib. Vurğulayıb ki, sülh üçün bu məsələdə Ermənistanın daha konkret addımlar atması lazımdır. Bütün bunlarla birlikdə əgər Ermənistanla Azərbaycan arasında davamlı sülh olmayacaqsa, Türkiyə ilə əlaqələrin normallaşması da çətinləşəcək.

DİGƏR Xəbərlər Arxiv