YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Ceyhun Bayramov ÜST-nin Baş direktoru Tedros Qebreyesusla görüşüb

İyunun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov IX Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib. Bu günədək ÜST-nin ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Baş direktor Tedros Qebreyesus Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa verdiyi töhfəni minnətdarlıqla qeyd edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.

ÜST-nin rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv