YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Karen Donfrid: Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur

Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur. Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir.

Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycanda keçirdiyim görüşlərdə ABŞ-ın potensial olaraq necə kömək edə biləcəyi müzakirə olundu. Düşünürəm ki, bu məsələlər sülh prosesində açar hissələrdir. Ümid edirəm, hər iki ölkə bu məsələlərdə inkişafa nail ola biləcək", - deyə Karen Donfrid qeyd edib.