YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana Birçal: Regionun enerji təhlükəsizliyinin təmin olunmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm

Regionun enerji təhlükəsizliyinin təmin olunmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Bunu Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal IX Qlobal Bakı Forumu çərçivəsində “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda keçirilən panel iclasında deyib.

Rumıniya ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirən Ana Birçal Azərbaycanın sadiq tərəfdaş olduğunu deyib. Cənub Qaz Dəhlizinin strateji layihə olduğunu deyən Baş nazirin sabiq müavini enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirib.