YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vayra Vike-Freyberqa: Dünya nizamının ciddi dəyişikliyə ehtiyacı var

Biz IX Qlobal Bakı Forumunun açılış mərasimində iştirak etdik və bir daha əmin olduq ki, dünya nizamının ciddi dəyişikliyə və yenidən dərk edilməsinə ehtiyac var.

Bu barədə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa bildirib.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri münaqişə aparan iki qonşu ölkə arasında çoxdan gözlənilən sülhün bərpasının mümkünlüyünü vurğulayıb. Vayra Vike-Freyberqa Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Azərbaycanın xoş məramını xüsusi qeyd edib.

“Debatlar zamanı qlobal dünya nizamını təhdid edən problemlər müzakirə olunub. Bütün qanlı münaqişələrə baxmayaraq, sülh razılaşmalarına gəlmək ehtimalı həmişə mövcuddur. Biz beynəlxalq hüququn hamiliyi ilə dinc yaşayış uğrunda mübarizəni davam etdirməli və iqlim dəyişməsi, qida çatışmazlığı, eləcə də koronavirus pandemiyası kimi təhdidlərə birgə müqavimət göstərmək üçün həmrəy olmalıyıq”, - deyə V.Vike-Freyberqa vurğulayıb.