YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Turki Al Faysal: Qlobal təhlükəsizlik böyük problem kimi dünyanı ciddi narahat edir

Qlobal təhlükəsizlik böyük problem kimi dünyanı ciddi narahat edir. İslahatların vaxtıdır. Artıq Qərb gözünü açıb hər şeyi görür. BMT-nin qətnamələri yerinə yetirilmir.

Bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasında söyləyib.

Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Turki Al Faysal qeyd edib ki, BMT-nin qətnamələri vetoya məruz qalmamalıdır.