YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksander Likhotal: Dünyanın sülhü bərqərar edə bilən yeni sistemə ehtiyacı var

Dünya inkişaf edir. Bu gün dünya analoqu olmayan inkişaf səviyyəsindədir. Dünyanın ən böyük fəlakətlərindən olan İkinci Dünya müharibəsi bitib, lakin onun izləri hələ də qalmaqdadır.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda panel iclasında Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin professoru, “Green Cross International”ın sabiq prezidenti Aleksander Likhotal deyib.

Dövlətlər arasında baş verən münaqişələrin, müharibələrin və bu qarşıdurmalar zamanı istifadə olunan silahların planetimizə vurduğu ziyanın təsəvvür etdiyimizdən də böyük olduğunu vurğulayan professor bildirib: “Dünyanın və eyni zamanda, ölkələrin özündə sülhü bərqərar edə bilən yeni sistemə ehtiyacı var”.