YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Həsənov Tural Rauf oğlunun doğum günündə xatirəsi anılıb

Şəhid Həsənov Tural Rauf oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçıın rayon filialının sədri Babək Aslanov, bir qrup Qarabağ qaziləri və döyüşçüləri, YAP fəalları, Şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət etdilər. Şəhidlərimizin ruhuna dualar oxundu, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi anıldı.

Tədbirdə çıxış edən qonaqlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, 44 günlük müharibədə ordumuzun şücaətlərindən danışdı. Çıxışçılar, şəhidin təhsil aldığı dövrdən, göstərdiyi şücaətlərdən, keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açdılar. Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və  minnətdarlığını bildirdilər.

DİGƏR Xəbərlər Arxiv