YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyanaməsi qardaşlığın yeni başlanğıcıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə arasındakı dostluq qardaşlıq son 30 ildə daha da inkişaf etmişdir. Bu dostluq tarixi köklərə əsaslanır. Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq geniş inkişaf edir. Bu qardaşlığın əsl qardaşlıq olduğunu, Türkiyənin hər zaman yanımızda olduğunu biz 44 günlük Vətən müharibəsində​ şahidi olduq. Məhz müharibənin 1 -ci gününən yanımızda olub, bizə dəstək olan qardaş ölkəmiz​ hər kəsə göstərdi ki,​ istər xoş günlərdə, istərsədə çətin vaxtlarda birlik göstərərək​ bir- birinin sevincini və kədərinii bölüşüb. Artıq bu dostluq qardaşlıq bütün dünyaya bir nümunə olaraq bir model kimi formalaşıb.

Keçən ilin 15 iyun tarixində Azərbaycanın göz bəbəyi olan Şuşada Türkiyə və Azərbaycan bəyanaməsi imzalanması sözün əsl mənasında Azərbaycan və Türkiyə arasındakı bugünki münasibətə verilmiş qiymət idi. Bu bəyanamə gələcəyə hədəflənmişdir. Şuşa bəyanaməsi bütün sahələri əhatə edir və Türkiyə Azərbaycan arasında bağlanmış mühüm sənəddir. Yeni mərhələ və yeni uğurlar deməkdir. Müttəfiqlik sənədi özünü bütün sahələrdə – siyasətdə, iqtisadi əlaqələrdə,  enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü təsdiqləyir.

2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə imzalanan bu sənəd regionda sabitliyin qarantı olacaq.  

Və sonda onu qeyd etmək istəyirəm ki​, Şuşa bəyanaməsi Azərbaycan və Türkiyənin ayrılmaz qardaşlığının və​ Ümumilli Liderimiz Heydər Əliyevin “Bir millət iki dövlət ” kəlamının təsdiqidir. Və bu gün cənab Prezidentimiz tərəfindən bu dostluq qardaşlıq uğurla davam etdirilərək hər bir ​ kəsə nümunədir. İki ölkə arasında əlaqələr​ davamlı inkişaf edərək​ gələcəyə parlaq səhifələr açacaq.

DİGƏR Xəbərlər Arxiv