YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” olmağımızın yeni bir sübutudur

Bu gün Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd etmənin qüruru içindəyik. Azərbaycan ilə Türkiyə arasında İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan şərtlər işığında, Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” olmağımızın yeni bir sübutudur.

Bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.

Bu sənədlə bundan sonra sadəcə Azərbaycan ilə Türkiyə arasında və ya Qafqazda deyil, ümumiyyətlə bütün türk dünyasında da yeni bir həqiqətin yarandığını bildirən Akkan Suver deyib: “Qeyri-Hökumət Təşkilatları olaraq biz, Şuşa Bəyannaməsini iqtisadi və enerji əməkdaşlığı, dostluğu olmaqla yanaşı, həm də türk dünyası üçün yeni bir yol xəritəsi kimi qəbul edirik. Türkiyə və Azərbaycan birliyini bir daha bütün dünyaya nümayiş etdirən bu bəyannamə əsrlərdir davam edən qardaşlığımızın kağıza köçürülən yeni şəklidir. Bu bəyannamə eyni zamanda türk dünyası ölkələri arasında həmrəyliyin və qarşılıqlı etimadın nümunəsidir. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderlikləri ilə meydana gələn bu bəyannamənin birinci ildönümü münasibətilə hər kəsi ürəkdən təbrik edir, bu həmrəyliyin ölkələrimiz üçün əhəmiyyətini yüksək qiymətləndiririk”.