YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Böyük Britaniya şirkətləri Azərbaycana yeni investisiyalar yatırmaqda maraqlıdırlar

Böyük Britaniya şirkətləri Azərbaycana yeni investisiyalar yatırmağa maraq göstərirlər.

Bu sözləri Londonda keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov deyib.

“Ötən 30 il ərzində iki ölkə arasında çox uğurlu əməkdaşlıq olub. Lakin bu dəfə Azərbaycanla Böyük Britaniya arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsi haqqında ümumi razılığa gəldik. Tərəflər arasında imzalanan protokolda enerji, bərpaolunan enerji mənbələri, iqtisadiyyatın rəqəmsallaşdırılması, təhsil, səhiyyə, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirlməsi haqqında ümumi qərar verdik”.

Həmçinin nazir son illərdə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu görən Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmək istədiklərini və bu sahədə əməkdaşlığın inkişafı üçün addımlar atılacağını bildirib.