YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rosen Plevneliev: Azərbaycan enerji resurslarının diversifikasiyası istiqamətində ciddi işlər görür

Azərbaycan bərpaolunan enerji sahəsində ciddi işlər görür və bu istiqamətdə ölkənin böyük potensialı var. Həmçinin enerji resursları məsələsində inteqrasiyaya önəm verir. Azərbaycan enerji təchizatı ilə bağlı sualların həlli məsələsində mühüm tərəfdaşdır.

Bu sözləri iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib

"Azərbaycan enerji resurslarının diversifikasiyası istiqamətində ciddi işlər görür. Bu gün Azərbaycan Avropa İttifaqının, yüz milyonlarla insanın enerji təhlükəsizliyində rol oynayır. Buna görə biz Azərbaycana təşəkkür edirik", - deyə Rosen Plevneliev qeyd edib.