YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatında “Tənəzzüldən intibaha” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Tənəzzüldən intibaha” adlı tədbir keçirilib.

Bu əlamətdar gün münasibətilə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP İmişli rayon təşkilatında baş tutan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş “Tənəzzüldən intibaha” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs ediblər. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu, ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi, xalqımız öz dədə-baba yurdlarına qovuşdu.

Tədbirin sonunda partiya sıralarına qoşulan bir sıra gəncə üzvlük vəsiqələri təqdim olunub.