YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı 3 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsi ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin etdi” adli dəyirmi masa keçirilib.

Əvvəlcə YAP Göygöl rayon təşkilatının qarşısında yerləşən ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdaraq, zəngin təcrübəsi, yüksək idarəçilik məharəti ilə Azərbaycanı bəlalardan xilas etdi, xalqımızın xoşbəxt, dövlətimizin qüdrətli gələcəyinin təməllərini müəyyənləşdirdi.

Qeyd edib ki, dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə əsaslanan Heydər Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir və bu gün həyata keçirilən çoxsahəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir.

Ərazi partiya təşkilatının sədr müavini Aygün Əhmədova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda YAP-a yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.